Azərbaycanda milyardlıq cinayət işi TƏFƏRRÜAT | Icma.az
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xarici iqtisadi fəaliyyətlə məşğul olan bəzi sahibkarlıq subyektləri tərəfindən 1 milyard 626 min manat pul Azərbaycana qaytarılmayıb.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi Baş Prokurorluğa müraciət ünvanlayıb.
Daxil olmuş materiallar əsasında Azərbaycan Respublikasının prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
İstintaq tədbirləri ilə Azərbaycan Respublikasında qeydə alınan hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Bəsit formada desək bir qrup sahibkar Azərbaycanda yetişdikləri məhsulları xaricə aparıb satıblar və daha sonra əldə etdikləri vəsaiti ölkəyə qaytarmayıblar.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən ixrac olunan mallardan əldə olunan gəlir ölkəyə qaytarılmalıdır.
Sözügedən vəzifəli şəxslərdən Anar Süleymanov, Adil Məmmədov, Rüfət Qarayev, İbrahim Lalayev, Elməddin Muxtarov, Nizami Abdullayev, Tərlan Məmmədov, Mirsalam Seyidov, Gündüz Hüseynov və Hafiz Rezan Nicat barəsində məhkəmənin qərarı ilə həbs qətiimkan tədbiri seçilib.
Tam oxu
Xəbəri oxu