Azərbaycanda milyonlarla borcu olan şirkətlər bağlandı

29.04.2025

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda milyonlarla manat vergi borcu olan şirkətlər ləğv olunub.

“Qafqazinfo” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bunlar “ALTİS” və “KOMETA-A” şirkətləridir. Hər iki MMC “Azlayihə İnşaat” şirkətinə qoşularaq ləğv olunduğunu elan edib.

Məlumat üçün bildirək ki, “ALTİS” şirkətinin hazırda 3 517 315,86 manat, “KOMETA-A” şirkətinin isə 1 312 046,04 manat vergi borcu var.

Bundan əlavə, həmin şirkətlərin qoşulduğu “Azlayihə İnşaat” MMC-nin də dövlət qarşısında yığılmış külli miqdarda vergi borcu mövcuddur. Onun vergi borcunun miqdarı 6 142 328,10 manat təşkil edir.

Qeyd edək ki, ləğv olunan şirkətlər 2009-cu ildə dövlət qeydiyyatına alınıb. “ALTİS”in qanuni təmsilçisi Mahmudov Cavid Fuad oğlu, “KOMETA-A”nın qanuni təmsilçisi isə Eyvazov Samran Tahir oğludur.

2012-ci ildə dövlət qeydiyyatına alınan “Azlayihə İnşaat”ın isə qanuni təmsilçisi Hüsyenov Talıb Sabir oğludur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью