Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ağstafada minaya düşərək həlak olan şəxs qohumlarının yanına qonaq gedibmiş.
Məlumata görə, Ağstafa rayonunun Ceyrançöl ərazisində minaya düşərək həlak olan Rəsul Şahin oğlu Məmmədov Qazax rayonunun Ürkməzli kəndindəndir. O, Ağstafaya əmisi oğlunun yanına qonaq gedibmiş.
Onların hansı şəraitdə minaya düşdükləri hələlik dəqiq məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
17:02
Azərbaycanda iki nəfər minaya düşüb. Onlardan biri həlak olub, digəri isə yaralanıb.
Əldə etdiyimiz məlumata görə, hadisə Ceyrançöl adlanan ərazidə baş verib.
Hadisə nəticəsində Qazax rayon sakini Rəsul Məmmədov həyatını itirib. Digər şəxsin yaralandığı bildirilir. Onun kimliyi dəqiqləşdirilir./oxu.az