Azərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar

08.09.2026

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mina problemindən zərərçəkmişlər dövlət büdcəsinin vəsaiti hesabına ərazi dövlət tibb müəssisələrində və ya həmin müəssisənin göndərişi ilə ixtisaslaşdırılmış dövlət tibb müəssisəsində psixoloji yardımla təmin olunacaqlar.

Moderator.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Ödənişsiz psixoloji yardımın göstərilməsi Qaydası və Şərtləri"ndə dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

Qərar "Minatəmizləmə fəaliyyəti haqqında" qanunun icrası ilə əlaqədar olaraq imzalanıb.

Sənədə əsasən, "Minatəmizləmə fəaliyyəti haqqında" qanuna uyğun olaraq zərərçəkmişlər dövlət büdcəsinin vəsaiti hesabına ərazi dövlət tibb müəssisələrində və ya həmin müəssisənin göndərişi ilə ixtisaslaşdırılmış dövlət tibb müəssisəsində psixoloji yardımla təmin olunacaqlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью