Azərbaycanda minik avtomobili istehsalı 87 faiz artıb

23.11.2024

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda maşın və avadanlıqlar, nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşqular istehsalının ümumi dəyəri 643,7 milyon manat olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 58,4 %, maşın və avadanlıqların istehsalı 43,2 %, nəqliyyat vasitələrinin istehsalı isə 52,8 % azalıb.

Hesabat dövründə 4 433 ədəd və yaxud 1 il əvvələ nisbətən 86,6 % çox minik avtomobili istehsal olunub. Əvəzinddə traktorr istehsalı 14,7 %, yük avtomobili istehsalı isə 8,7 % azalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью