Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 5 225 ədəd minik avtomobili istehsal edilib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 66.6% artıb.
Cari ilin dekabr ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 207 ədəd təşkil edib.
Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında ölkəyə 74 366 ədəd əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal edilib.
Ən sərfəli kredit üçün müraciət etBizi sosial şəbəkələrdən izləyin!!