Azərbaycanda minik və yük avtomobili istehsalı kəskin artıb | Icma.az
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 4 433 ədəd minik avtomobili istehsal olunub.
"Trend"in Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 057 ədəd və ya (86.6%) çoxdur.
Ötən ilin 10 ayında ölkədə 2 376 ədəd minik avtomobili istehsal edilmişdi.
Hesabat dövründə Azərbaycanda yük avtomobillərinin istehsalı isə 399 ədəd olub.
Bu, əvvəlki ilin eyni dövrünə nisbətən 92 ədəd və ya (30%) çoxdur.
Qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında ölkədə 307 ədəd yük avtomobili istehsal olunub.
"Cebheinfo.az" Bizi Telegramda izləyin Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu