Azərbaycanda minik və yük avtomobili istehsalı kəskin artıb | Icma.az
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 4 433 ədəd minik avtomobili istehsal olunub.
Avtosfer.az-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 057 ədəd və ya (86.6%) çoxdur.
Ötən ilin 10 ayında ölkədə 2 376 ədəd minik avtomobili istehsal edilmişdi.
Hesabat dövründə Azərbaycanda yük avtomobillərinin istehsalı isə 399 ədəd olub.
Bu, əvvəlki ilin eyni dövrünə nisbətən 92 ədəd və ya (30%) çoxdur.
Qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında ölkədə 307 ədəd yük avtomobili istehsal olunub.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu