Azərbaycanda minimum əməkhaqqı ARTIRILIR

19.11.2024

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gələn il Azərbaycanda minimum əməkhaqqı artırılacaq.

Modern.az xəbər verir ki, bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Bildirilir ki, minimum əməkhaqqı 2024-cü illə müqayisədə 55 manat, yaxud 15,9 faiz artırılaraq 400 manat olacaq.

Qeyd edək ki, 2024-cü ildə minimum əməkhaqqı 345 manat olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью