Azərbaycanda minimum pensiya artırılır

18.11.2024

Icma.az, Operativ MM portalına istinadən məlumat verir.

“Gələn il Azərbaycanda minimum pensiya məbləğinin 270 manatdan artırılaraq 280 manat olacağı nəzərdə tutulur”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə münasibət bildirərkən deyib.

“Sosial təminat xərcləri üçün dövlət büdcəsindən 4 milyard 812 milyon manat vəsait nəzərdə tutulub. Bu da 9.6% artım deməkdir”, - deyə nazir qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью