Azərbaycanda mis məftil istehsalı artıb

07.12.2024

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Bu ilin yanvar-oktyabr aylarında Azərbayanda 484,8 ton mis məftil istehsal edilib.

Bakıvaxtı.az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 391,9 ton və ya 5,2 dəfə çoxdur.

Ötən ilin ilk 10 ayında ölkədə 92,9 ton mis məftil istehsal olunmuşdu.

Məlumatda 2024-cü ilin noyabrın 1-i tarixinə hazır məhsul ehtiyatı isə qeyd olunmayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью