Azərbaycanda misəritmə zavodunun yaradılması gündəmə gətirilib

24.09.2026

Icma.az, Marja.az portalına istinadən məlumat verir.

Azərbaycanda yerli və idxal xammalı əsasında mis emalı üzrə metaləritmə müəssisələrinin yaradılması imkanları araşdırılacaq.

Marja.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.

Dövlət Proqramına əsasən, xammal təminatı, daxili və xarici bazar tələbi, potensial istehsal gücü və məhsulların satış imkanları qiymətləndiriləcək.

Aparılacaq texniki-iqtisadi qiymətləndirmələrdən sonra ölkədə mis emalı üzrə metaləritmə müəssisəsinin yaradılmasının məqsədəuyğunluğu barədə qərar qəbul olunacaq.

Bu səbəbdən sənəddə metaləritmə zavodunun tikintisi artıq təsdiqlənmiş layihə kimi deyil, iqtisadi səmərəliliyi araşdırılacaq investisiya variantı kimi göstərilir.

İş elanları AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью