Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu ilin yanvar ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 37,42 % təşkil edib.
"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, dekabr ayına nisbətən 0,24 faiz bəndi, 2025-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə isə 35,76 faiz bəndi azdır. Beləliklə mobil cihazların bazar payı ardıcıl olaraq 7-ci aydır azalır (ümumi azalma 53,5 % təşkil edib).
Kompüterlərin bazar payı aylıq 0,24 faiz bəndi, illik müqayisədə isə 37,43 faiz bəndi artaraq 62,26 % olub.
Yanvarda planşetlərin bazar payı 0,32 % təşkil edib. Bu göstərici dekabr ayına nisbətən dəyişməyib, bir il əvvəllə müqayisədə isə 1,67 faiz bəndi azalıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin