Icma.az, 525.az portalına istinadən məlumat verir.
Ötən il Azərbaycanda informasiya və rabitə sektorunda göstərilən xidmətlərin dəyəri 3989,0 milyon manat təşkil edib.
525.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, əvvəlki illə müqayisədə 8,7% çoxdur.
Xidmətlərin 69,2%-ni əhali istehlak edib. Xidmətlərdən əldə edilən gəlirin 32,4%-i və ya 1290,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.