Azərbaycanda mobil telefon danışıqları son 5 ildə 37 faiz azalıb

28.08.2026

Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Azərbaycanda ölkədaxili mobil telefon trafikinin həcmi son illərdə davamlı olaraq azalır.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2021-ci ildə ölkə daxilində mobil telefonlarla 19 milyard 729,6 milyon dəqiqə danışıq aparılıb. 2022-ci ildə bu göstərici 8,3% azalaraq 18 milyard 88,8 milyon dəqiqəyə düşüb.
Qeyd edək ki, son 5 ildə – 2021-2025-ci illər ərzində ölkədaxili mobil telefon trafikinin həcmi 7 milyard 361,1 milyon dəqiqə və ya təxminən 37,3% azalıb.
Ən böyük illik azalma 2023-cü ildə qeydə alınıb – mobil telefon trafikinin həcmi bir il ərzində 14,6% azalıb.
Elnur Əli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью