Azərbaycanda müddətli əmanətçilərin sayı 28% ə yaxın artıb

04.03.2026

Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin fevral ayının 1-nə bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 197 073 olub.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, unikal müddətli əmanətçi sayı illik müqayisədə 27.8% (42 982 əmanətçi) artıb.

Məlumata görə, bu, ilin əvvəli ilə müqayisədə isə 1.5% (2 939 əmanətçi) çoxdur.

Qeyd edək ki, unikal müddətli əmanətçi – bankda müddətli əmanət yerləşdirən və bütün hesabları nəzərə alınaraq yalnız bir müştəri kimi qəbul edilən fiziki şəxsdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью