Azərbaycanda mühüm yenilik: Yeni qərar verildi

23.10.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda gümüş, platin və onların ərintilərinin markalarını müəyyən edən iki yeni dövlət standartı qəbul edilib.

"Yeni Sabah" xəbər verir ki, standartlar Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsdiqlənib.

Belə ki, AZS 1018:2026 (ГОСТ 6836-2002) “Gümüş və gümüş əsaslı ərintilər. Markalar” və AZS 1019:2026 (ГОСТ 13498-2010) “Platin və platin əsaslı ərintilər. Markalar” adlı standartlar qüvvəyə minmək üçün Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib. Dördpendirli pizza

Yeni standartların əsas məqsədi gümüş və platindən hazırlanan məhsulların kimyəvi tərkibinin və saflıq dərəcəsinin müəyyənləşdirilməsi, eləcə də markalanması zamanı vahid yanaşmanın təmin edilməsidir.

Standartlar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin bazasında fəaliyyət göstərən “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 36) təqdimatı əsasında qəbul olunub.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью