Azərbaycanda müştərək sığorta şirkətinin ləğv prosesi yekunlaşır

05.01.2026

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azər-Asiya Müştərək Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti (ASC) ləğv prosesi yekunlaşır.

"APA-Economics" xəbər verir ki, bu barədə ASC-dən bildirilib. Məlumata görə, sığorta şirkətinin öhdəliklərinin icrası tam yekunlaşıb.

Bununla bağlı, fevralın 2-də “Azər-Asiya Müştərək Sığorta Şirkəti”nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Ümumi yığıncağın gündəliyinə cəmiyyətin ləğv edilməsi və bundan irəli gələn məsələlərin həll edilməsi daxil edilib.

Xatırladaq ki, “Azər-Asiya Müştərək Sığorta Şirkəti” ASC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 800 min manat olan ASC-nin qanuni təmsilçisi Hacıyev Aftandil Əsgər oğludur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью