Azərbaycanda muzdla çalışanların sayı 1,8 milyon nəfərə çatıb

12.11.2026

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2026-cı il oktyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1790,8 min nəfər olub, onlardan 836,8 min nəfəri dövlət sektorunda, 954 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Sherg.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, muzdla çalışan işçilərin 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 17,6 faizi təhsil, 13,9 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,9 faizi tikinti, 6,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4 faizi peşə, elmi və texniki fəaliyyət, 2,5 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2026-cı ilin yanvar-sentyabr aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artaraq 1172,7 manat təşkil edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью