Azərbaycanda muzdla işləyənlərin orta aylıq maaşı artıb

19.02.2025

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


Ötən ilin yanvar-noyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 255,5 manat təşkil edib.
Reyting.az
xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsi məlumat yayıb.
Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,4 % artıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8 % artaraq 996,8 manat təşkil edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью