Azərbaycanda nadir heyvan heykəli sındırılıb

13.10.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Cəlilabad rayonu Buravar kəndi ərazisində yerləşən, yeni aşkar edilmiş abidə kimi qeydə alınan dekorativ-tətbiqi sənət nümunəsi olan daş heykələ (kəl - erkək camış) naməlum şəxslər tərəfindən müdaxilə olunub.

Bakues.az-ın məlumatına görə, heykəlin müəyyən hissələri sındırılaraq ona ziyan vurulub.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin Cəlilabad rayonu üzrə əməkdaşları monitorinq zamanı heykələ müdaxilə olunduğunu müəyyən ediblər.

Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью