Azərbaycanda nağdsız ödənişlərin həcmi 55 mlrd. manatı ötüb

02.09.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

2025-ci ilin yanvar-iyul ayları ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 55,2 milyard manat təşkil edib.

“APA-Economics”in Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatı əsasında apardığı hesablamalara görə, həyata keçirilən nağdsız ödənişlərin 47,9 milyard manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 7,3 milyard manatı POS-terminallar, 27 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə reallaşıb.

Xatırladaq ki, cari ilin 1 avqust tarixinə dövriyyədə olan ödəniş kartlarının sayı 20 milyon 913 min ədəd təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью