Azərbaycanda nazir koronovirusa yoluxdu

13.05.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronovirusa (COVID-19) yoluxub.

Axar.az xəbər verir ki, bu barədə Teleqraf-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Qeyd olunub ki, nazir Bakıda keçirilən "Caspian Agro" sərgisi ilə əlaqədar COVID-19 testi verib.

"Testi nəticəsi müsbət çıxıb. Ona görə də nazir sərgidə iştirak edə bilməyib", - nazirlikdən bildirilib.

Qeyd edək ki, hər il olduğu kimi kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu il də sözügedən sərgilərin açılışında iştirak etməli imiş. Hətta ötən gün mediaya əvvəlcədən verilən proqramda nazirin açılışda iştirak edəcəyi bildirilib. Bu gün isə sərginin açılışını kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov edib.

Məmmədovun koronavirusa yoluxması barədə ilk xəbəri "Yeni Sabah" yayıb.

Xatırladaq ki, nazir dünən Latviya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya ilə görüşüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью