Azərbaycanda nə qədər dəvə var və hansı rayonlarda saxlayırlar? Siyahı

22.10.2026

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


Açıqlanan son məlumatlara görə, Azərbaycanda 352 baş dəvə var.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, son 4 ildə Azərbaycandakı dəvələrin sayı 5 baş azalıb.
Qeyd edək ki, Azərbaycanda cəmi 9 şəhər və rayonda dəvə var. Dəvələrin yarıdan çox 2 rayonun payına düşür. Hacıqabul rayonunda 112, Cəbrayıl rayonunda isə 111 baş dəvə olub.
Azərbaycanda dəvə saxlanılan şəhər və rayonların tam siyahısı aşağıdakı kimidir:
- Bakı şəhəri – 15 baş
- Ordubad rayonu – 2 baş
- Abşeron rayonu – 78 baş
- Bərdə rayonu – 17 baş
- Füzuli rayonu – 1 baş
- Kürdəmir rayonu – 2 baş
- Sabirabad rayonu – 14 baş
- Cəbrayıl rayonu – 111 baş
- Hacıqabul rayonu – 112 baş
Elnur Əli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью