Azərbaycanda nə qədər evdar kişi var?

28.11.2026

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ev işləri və ailə üzvlərinə qulluqla məşğul olan qadınların payı kişilərlə müqayisədə 2,9 dəfə çoxdur.
Qadınların 23,4 faizi yaşa görə əmək pensiyası alanlar, 19,9 faizi təhsil alanlar (tələbələr və yuxarı sinif şagirdləri), 12 faizi əlilliyə və ailə başçısını itirməyə görə pensiya alanlar, 2,1 faizi isə digər kateqoriyalara aid şəxslərdir.
Kişilərdə isə işçi qüvvəsinə daxil olmayanların 30 faizi təhsil alanlar, 23,5 faizi yaşa görə əmək pensiyası alanlar, 16,4 faizi digər kateqoriyalara aid şəxslər, 15,2 faizi əlilliyə və ailə başçısını itirməyə görə pensiya alanlar, 14,9 faizi ev işləri və ailə üzvlərinə qulluqla məşğul olanlardır.
Cins bölgüsü üzrə göstəricilərə gəlincə, ev işlərini yerinə yetirən, uşaqlara və digər ailə üzvlərinə qulluq edən şəxslərin 81,4 faizini qadınlar, 18,6 faizini kişilər təşkil edir. Yaşa görə əmək pensiyası alanlar arasında qadınların payı 60,5 faiz, kişilərin payı 39,5 faizdir.
Ümumilikdə, işçi qüvvəsinə daxil olmayan əhalinin 60,6 faizi qadınların, 39,4 faizi kişilərin payına düşür. Bu kateqoriyada qadınların sayı 1 milyon 553,9 min nəfər, kişilərin sayı isə 1 milyon 11,7 min nəfərdir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью