Azərbaycanda nə qədər işsiz var?

18.12.2024

Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda işsiz statuslu şəxslərin sayı cari ilin dekabrın 1-i vəziyyətinə görə, 282,6 min nəfərə bərabər olub. Noyabr ayının əvvəlində bu göstərici 283,8 min idi. 

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə iqtisadi fəal əhalinin sayı 5 310,2 min nəfər olub, onlardan 5 027,6 min nəfərini məşğul əhali təşkil edib.

Qeyd edək ki, cari il noyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1773,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 881,7 min nəfər, qeyri-dövlət sektorunda isə 891,6 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 31,6 min nəfər, qeyri neft-qaz sektorunda isə 1741,7 min nəfər çalışıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью