Azərbaycanda nə qədər külək enerjisi istehsal edilir? RƏQƏMLƏR

17.09.2026

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda külək elektrik stansiyalarında 726,7 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

"AzPolitika" xəbər verir ki, bu, 2025-ci ilin 8 ayı ilə müqayisədə 21,8 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanda 17 milyard 887,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 2,4 % azdır. Bunun 17 milyard 376,5 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 1,9 % azdır.

Bunun 2 milyard 498,9 milyon kVt/saatı su elektrik stansiyalarının (il ərzində 10,7 % artıb), 13 milyard 549,8 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının (- 8,8 %), 154,9 milyon kVt/saat biokütlə və tullantıların yandırılmasından alınan elektrik enerjisi (+5,6 %) istehsalının payına düşür.

Hesabat dövründə günəş elektrik stansiyalarında 446,2 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2025-ci ilin yanvar-avqust aylarının göstəriciləri ilə müqayisədə 9,4 % çoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью