Azərbaycanda nə qədər pensiyaçı var? Rəsmi AÇIQLAMA

27.02.2025

Icma.az, Bizim media saytına istinadən bildirir.

2025-ci ilin əvvəlinə olan göstəricilərə əsasən, ölkədə pensiyaçıların sayı 1098,6 min (1 milyon 98 min 6 yüz) nəfər olmaqla ölkə əhalisinin 10,7 faizini təşkil edib.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Xatırladaq ki, ötən il yanvarın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1096,0 min (1 milyon 96 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edib.
Günay Şahmar, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью