Azərbaycanda nə qədər vəkil fəaliyyət göstərir?

19.01.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda fəaliyyət göstərən vəkillərin sayı açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2025-ci il fəaliyyəti ilə bağlı hesabatında deyilib.

Bildirilib ki, 2025-ci ildə vəkillərin ümumi sayı artaraq 2 836 nəfərə çatıb.

Hazırda fəaliyyət göstərən 2 836 vəkildən 2 203 nəfəri (77,68%) kişi, 633 nəfəri (22,32%) qadındır. Onlardan 2 314 nəfəri (81,59%) Bakıda, 522 nəfəri (18,41%) isə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərir. Bu göstəricilər vəkillik institutunun inkişaf dinamikasının davamlı xarakter daşıdığını təsdiqləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью