Azərbaycanda neçə çoxuşaqlı ana var? AÇIQLANDI

18.08.2026

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda beşdən çox uşağı olan qadınların sayı açıqlanıb.
Modern.az saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2026-cı il iyul ayının 1-dək beşdən çox uşağı olan 2,9 min qadına 13,3 min uşaq üçün aylıq müavinət ödənilib.
Rəsmi məlumata görə, ümumilikdə belə ailələrdə böyüyən 13 325 uşağın hər birinə aylıq 140 manat müavinət ödənilir.
Hazırda Azərbaycanda 6 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailələr hesab olunur. 
Çoxuşaqlı ailələrdə hər uşağa görə aylıq ödənişlər 2025-ci il iyulun 1-dən 33 faiz artırılaraq 105 manatdan 140 manata çatdırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью