Azərbaycanda neçə HİİV xəstəsi var?

13.03.2026

Icma.az, Medicina saytına istinadən bildirir.


Ötən il 1287 İİV infeksiyası ilə (insanın immun çatışmazlığı virusu) yaşayan şəxs Respublika QİÇS-lə Mübarizə Mərkəzində QİÇS-lə Mübarizə Mərkəzində yeni qeydiyyata alınıb.

Medicina.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında qeyd edilib.

Ümumilikdə ölkədə 11 900 nəfər QİÇS-lə Mübarizə Mərkəzində rəsmi qeydiyyatdadır.

Xatırladaq ki, İnsan İmmunçatışmazlığı Virusu (İİV) – İnsan orqanizmində immun sistemin tədricən zəifləməsi ilə xarakterizə olunan, müalicə edilən müxtəlif ağırlaşmalar və yanaşı xəstəliklərin inkişafına gətirib çıxaran xroniki infeksion xəstəlikdir. Azərbaycanda ilk İİV-ə yoluxmuş şəxs 1987-ci ildə aşkarlanıb.

MEDİCİNA.AZ


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью