Azərbaycanda neçə Tesla var? Rəsmi statistika

23.06.2026

Icma.az bildirir, Modern.az portalına istinadən.

Azərbaycanda istifadədə olan Tesla markalı avtomobillərin sayı açıqlanıb.

Modern.az-ın Dövlət Statistika Komitəsinə sorğusuna cavab olaraq bildirilib ki, 2026-cı il yanvarın 1-nə ölkədə 1 144 Tesla markalı minik avtomobili qeydiyyatdadır.

Qeyd edək ki, həmin tarixə Azərbaycanda ümumilikdə 1 milyon 676 min 80 minik avtomobili qeydiyyatda olub. Beləliklə, Tesla markalı avtomobillər ölkənin ümumi minik avtomobili parkının təxminən 0,07 faizini təşkil edir.

Tesla 2003-cü ildə ABŞ-də yaradılıb və hazırda dünyanın ən tanınmış elektromobil istehsalçılarından biridir. Şirkət xüsusilə Model Y və Model 3 avtomobilləri ilə tanınır. Bu modellər son illərdə dünyanın ən çox satılan elektrik avtomobilləri arasında yer alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью