Azərbaycanda neft bitumu və neft koksu istehsalının həcmi 7 faizdən çox artıb

16.10.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 16 oktyabr, AZƏRTAC

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 625 min ton neft koksu, neft bitumu və neft məhsullarının digər qalıqları istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 43,6 min ton və ya 7,5 faiz çoxdur.

Bu ilin oktyabrın 1-i vəziyyətinə ölkədə hazır sözügedən məhsulların ehtiyatı 31,6 min ton təşkil edib.

Hesabat dövründə Azərbaycanda 126,4 min ton neft bitumu, 188,2 min ton isə neft koksu istehsal edilib. Ötən ilin ilk 9 ayındakı göstərici ilə müqayisədə ölkədə neft bitumu istehsalı 64,5 min ton və ya 33,8 faiz azalıb, neft koksu istehsalı isə 17,8 min ton və yaxud 10,4 faiz artıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью