Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 17 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 447,5 min ton neft koksu, neft bitumu və neft məhsullarının digər qalıqları istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 28,5 min ton və ya 6 faiz azdır.
Bu ilin avqustun 1-i vəziyyətinə ölkədə hazır sözügedən məhsulların ehtiyatı 47,5 min ton təşkil edib.
Hesabat dövründə Azərbaycanda 81,7 min ton neft bitumu, 140,3 min ton isə neft koksu istehsal edilib. Ötən ilin ilk 7 ayındakı göstərici ilə müqayisədə ölkədə neft bitumu istehsalı 59,7 min ton və ya 42,2 faiz azalıb, neft koksu istehsalı isə 12,8 min ton və yaxud 10 faiz artıb.