Azərbaycanda neft hasilatı 5% dən çox azaldı Son məlumatlar

14.04.2025

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


Bu ilin ilk rübü ərzində Azərbaycanda 6,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, neft hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 5,5% azalıb. Belə ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda göstərilir ki, 2024-cü ilin ilk rübündə Azərbaycanda 7 milyon 261 min ton neft (kondensatla birlikdə) hasil edilib.
Onu da bildirək ki, son 2 ilin mart aylarında neft hasilatı ilə bağlı göstəricilər aşağıdakı kimi olub:
2024-cü il:
Gündəlik neft hasilatı –  481 min barrel;
Gündəlik kondensat hasilatı – 124 min barrel.
2025-ci il:
Gündəlik neft hasilatı –  462 min barrel;
Gündəlik kondensat hasilatı – 118 min barrel.
Elnur Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью