Azərbaycanda neft istehsalı azaldı, qaz hasilatı ARTDI

13.12.2024

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

2024-cü ilin 11 ayında neft-qaz sektorunda məhsul istehsalı 0,6 faiz artıb.

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu il əmtəəlik neft hasilatı 3,9 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 5,9 faiz artıb.

Ötən ilin yanvar-noyabr aylarında əmtəəlik neft hasilatı 27,6 milyon ton, qaz hasilatı 33,1 milyard kub metr olmuşdu. 2024-cü ildə neft hasilatı 26,52 milyon ton, qaz hasilatı 35,05 milyard kub metr təşkil edib.

Vasif

Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью