Azərbaycanda nələr dəyişir? Yeni məlumat yayıldı

13.11.2026

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2026-cı ilin ilk 10 ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz artıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə rəsmi statistik məlumatda bildirilib.

Qeyd olunub ki, hesabat dövründə ölkədə faktiki qiymətlərlə 13 milyard 123,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. İnternet mağaza

İstehsalın fiziki həcmi üzrə artım həm heyvandarlıq, həm də bitkiçilik sahəsində müşahidə olunub. Belə ki, heyvandarlıq məhsullarının istehsalı 1,6 faiz, bitkiçilik məhsullarının istehsalı isə 1,2 faiz artıb.

Ümumi kənd təsərrüfatı məhsulunun 50,2 faizi bitkiçilik, 49,8 faizi isə heyvandarlıq məhsullarının payına düşüb.

Statistik göstəricilərə əsasən, yanvar-sentyabr aylarında 1,1 faiz olan ümumi artım tempi oktyabrın sonuna 1,4 faizə yüksəlib. Bitkiçilikdə artım 0,5 faizdən 1,2 faizə çatdığı halda, heyvandarlıq sahəsində 1,9 faizdən 1,6 faizə enib.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью