Azərbaycanda nəqliyyat dəhlizləri ilə yük daşınması cüzi artıb

16.11.2024

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 24 milyon 620,1 min ton, yük dövriyyəsi isə 9 milyon 905,5 milyon ton-km təşkil edib.

"Cebheinfo.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,3 % və 2,1 % çoxdur.

O cümlədən, 9 ay ərzində Şərq-Qərb nəqliyyat dəhlizi ilə 12 milyon 765,3 min ton ( o cümlədən, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 6 milyon 522,1 min ton), Şimal-Cənub nəqliyyat dəhlizi ilə 7 milyon 22,9 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 4 milyon 552,6 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə 279,3 min ton yük daşınıb.

Yüklərin 11 milyon 304,2 min tonu və yaxud 45,9 %-i dəmir yolu nəqliyyatı, 7 milyon 353,6 min tonu və yaxud 29,9 %-i avtomobil nəqliyyatı, 5 milyon 962,3 min tonu və yaxud 24,2 %-i dəniz nəqliyyatı ilə nəql olunub.

Nəqliyyat dəhlizləri vasitəsilə daşınmış yüklərin 57,9 %-ni və yaxud 14 milyon 247,1 min tonunu tranzit yüklər təşkil edib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью