Azərbaycanda nəqliyyat və anbar xidmətləri 7,1% artıb

14.08.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində 9 milyard 206,6 milyon manatlıq xidmət göstərilib.

 “Yeni Sabah” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, xidmətlərin həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 7,1% artıb.

Hesabat dövründə ölkə üzrə 140,8 milyon ton yük daşınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8% çoxdur. pizza mizza

Sərnişin daşınmasında isə daha yüksək artım qeydə alınıb. Belə ki, 7 ay ərzində 1 milyard 290 milyon nəfər sərnişin daşınıb ki, bu da illik müqayisədə 8,6% artım deməkdir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью