Azərbaycanda nikahların sayı kəskin artıb Statistika

18.04.2025

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

2025-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanda nikahların sayında ciddi artım müşahidə edilib. 


Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-fevral ayları ərzində 6 439 nikah olduğu halda bu ilin eyni dövründə nikahların sayı 1 002 vahid artaraq 7 741-ə çatıb. 


Müsbət dəyişiklik hər 1000 nəfərə düşən nikahların sayında da baş verib. Bir il əvvəl hər min nəfərə 4 nikah qeydə alınmışdısa, bu il nikahların sayı 4,7 olub. 
Hər 1000 nəfərə düşən nikah sayında 17,5 faiz artım baş verib. 


Vasif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью