Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 7 sentyabr, AZƏRTAC
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda noutbuk istehsalı 762 ədəd təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 668 ədəd və ya 46,7 faiz azdır.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə ölkədə stolüstü kompüter istehsalı 1424 ədəd və ya 66,4 faiz azalaraq 720 ədəd olub.
Dövr ərzində əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı sahəsi üzrə noutbukların istehsalı 46,7 faiz azalıb, elektrik avadanlıqlarının istehsalı sahəsi üzrə elektrik tənzimləyici cihazların istehsalı isə 41,1 faiz artıb.