Azərbaycanda növbəti torpaq hərracları elan edildi

21.06.2025

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İyulun 23-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) Azərbaycanın regionlarında 17 torpaq müsabiqəsi və 24 hərrac keçirəcək.

"Unikal" xəbər verir ki, hərraclar ƏMDX-nın Gəncə, Mingəçevir, Lənkəran, Ucar, Bərdə, Beyləqan, Cəlilabad və Qəbələ ərazi şöbələrində olacaq. Müsabiqə və hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 41 torpaq sahəsi çıxarılacaq.

Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью