Azərbaycanda noyabrda “Instagram” istifadəçilərinin sayı artıb

01.12.2025

Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ötən ay Azərbaycanda “Instagram”dan istifadə edənlərin sayı artıb.

Banco.az “Statcounter”ə istinadən xəbər verir ki, noyabrda bu sosial şəbəkədən istifadə 46,23 faiz təşkil edib. 

Oktyabrda “Instagram”dan istifadə 35,77 faiz, sentyabr ayında isə 20,31 faiz olub. 

Qeyd edək ki, ötən il “Instagram”dan ən çox istifadə dekabr ayında (47,09 faiz) qeydə alınıb.

Qlobal miqyasda isə noyabr ayında "Instagram"dan istifadə edənlər 7,08%-ə bərabər olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью