Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Peşəkar Futbol Liqasının (PFL) təşkil etdiyi “Ayın qolu” layihəsində oktyabr ayının qalibləri müəyyənləşib.
Futbolpress.az xəbər verir ki, tanınmış mütəxəssislərdən ibarət münsiflər heyətinin səsverməsinə əsasən, ölkə çempionatlarının müxtəlif divizionları üzrə fərqlənən oyunçular bəlli olub.
Seçimlərin nəticələrinə əsasən, Misli Premyer Liqasında “Şəfa”nın futbolçusu Elnur Cəfərov birinci olub, I Liqa: “Xankəndi”nin oyunçusu Bəhruz Teymurov rəqiblərini qabaqlayaraq qalib adını qazanıb, II Liqada isə “Dinamo Bakı”nın təmsilçisi Zöhrab Bayramov ayın ən yaxşı qolunun müəllifi seçilib.
Siyahını təqdim edirik: