“Azərbaycanda olan məşqçilər heyəti dünyada ən yaxşılar arasındadır”

16.07.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Tez-tez məşqçi dəyişməyin tərəfdarı deyiləm”.

Futbolpress.az xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının icraçı vitse prezidenti Rəşad Rəsullu Bakıda keçiriləcək dünya çempionatına hazırlıqla bağlı təşkil olunan mətbuat konfransında dedi:

“Hazırda Azərbaycanda olan məşqçilər heyəti dünyada ən yaxşılar arasındadır. Bunu mübaliğəsiz deyirəm. Nəticələr müzakirə olunacaq, amma görülən işdəki pozitiv məqamlara da baxmaq lazımdır. Bir gündə Yaponiya kimi güclü olmaq olmaz. Ümumilikdə, məşqçilər heyətimizdən razıyıq”.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью