Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanda bu ilin yanvar-avqust aylarında 40 191 ölüm halı qeydə alınıb. bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən ölüm göstəricisi dəyişməyərək 5,9 səviyyəsində qalıb.
“Cebheinfo.az”-ın kiçik araşdırması göstərir ki, ötən ilin ilk səkkiz ayında ölkədə 39 951 ölüm halı qeydə alınıb. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 39 684 olub. Beləliklə, ölüm hallarının sayı 2026-cı ilin yanvar-avqust aylarında 2025-ci ilin eyni dövrü ilə müqayisədə 240 nəfər, 2024-cü illə müqayisədə isə 507 nəfər artıb.
Gülər
"Cebheinfo.az"
Açar sözlər: Azərbaycan ölüm sayı
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin