Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Son günlər cəmiyyətdə orqan transplantasiyası ilə bağlı müzakirələr aparılır. Azərbaycanda bu proses ötən əsrin 70-ci illərindən başlayıb.
Həmin illərdə Azərbaycanda ilk dəfə böyrək köçürülməsi həyata keçirilib.
Müstəqillik illərində isə ilk orqan transplantasiyası 2000-ci illərin əvvələrində baş tutub.
2005-ci ildə akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasında iranlı həkimlərin rəhbərliyi ilə bir insanın orqanı başqasına köçürülüb.
Azərbaycanda qaraciyərin köçürülməsinə isə Mərkəzi Neftçilər Xəstəxanasında 2008-ci ildə başlanılıb.
Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təmir edilib və yeni texnika ilə təchiz olunub.
2014-cü ildən isə ölkəmizdə sümük iliyi transplantasiyası olunur.