Azərbaycanda ombudsman vəzifəsinə namizədlər ADLAR

30.10.2026

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ombudsman vəzifəsinə namizədlərin adı açıqlanıb.

"AzPolitika" Oxu.Az-a istinadla xəbər verir ki, sözügedən məsələ parlamentin İnsan hüquqları konitəsinin bugünkü iclasında müzakirərə çıxarılıb.

Belə ki, namizədlər hazırkı ombudsman Səbinə Əliyeva, hüquqşünas alim, professor, hüquq elmləri doktoru və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin keçmiş hakimi Ceyhun Qaracayev və Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi və Məhkəmə-Hüquq Şurasının Hakimlərin Seçki Komitəsinin üzvü Elşanə Vəliyevadır.

Qeyd edək ki, Azərbaycan Respublikasında İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Azərbaycan Respublikasının Prezidentinin təqdim etdiyi 3 namizəd arasından Milli Məclis tərəfindən 83 səs çoxluğu ilə seçilir. Bu proses Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu ilə tənzimlənir.

Hazırkı ombudsman Səbinə Əliyevadır və o, bu vəzifəyə 2019-cu ilin noyabrında seçilmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью