Azərbaycanda on ayda 2.2 tona yaxın qızıl istehsal edilib

18.11.2024

Icma.az, Moderator.az saytına istinadən bildirir.

2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 2167,1 kq qızıl, 2703.2 kq isə gümüş istehsal edilib.

Moderator.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.7% artıb, gümüş istehsalı isə 20.3% azalıb.

Qeyd edək ki, 2024-cü il noyabr ayının 1-nə Azərbaycanda qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 390.3 kq və 819.2 kq təşkil edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью