Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanda onkoloji xəstəliklərin yayılma göstəricilərində son illərdə ciddi artım müşahidə olunur.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Hicran Hüseynova parlamentin iclasında çıxışı zamanı deyib.
Deputatın açıqladığı rəqəmlərə əsasən, 2020-ci ildə ölkədə onkoloji xəstəliklərlə bağlı 21 min 888 nəfər qeydiyyata alınıbsa, 2024-cü ildə bu göstərici 73 min 885 nəfərə yüksəlib. Bu isə son 4 ildə xəstəliklərin sayının təxminən 3,5 dəfə artması deməkdir.
Hicran Hüseynova bildirib ki, artım tendensiyası xüsusilə uşaq xəstələr arasında daha qabarıqdır. Statistikaya görə, hazırda onkoloji xəstələr arasında hər 100 min nəfərə 7,1 uşaq düşür. Son 14 ildə isə uşaqlarda onkoloji xəstəliklərin sayı 2 dəfə artıb.
Deputat vurğulayıb ki, bu rəqəmlər onkologiyanın təkcə tibbi deyil, həm də sosial və demoqrafik problem kimi qiymətləndirilməsini zəruri edir. Onun sözlərinə görə, erkən diaqnostika, profilaktika və uşaq onkologiyasının gücləndirilməsi dövlət siyasətində prioritet istiqamətlərdən biri olmalıdır.
Əli Hüseynov